Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 451 bəndədək, S&P 500 0,3% - 1 694 bəndədək, Nasdaq 0,4% - 3 684 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə müsbət makroiqtisadi xəbərlər təsir edib. Belə ki, iyul ayında pərakəndə ticarət dövriyyəsi iyunla müqayisədə 0,2%, idxal üzrə qiymətlər də aylıq müqayisədə 0,2% artıb.
Avropa fond bazarlarında avqustun 13-də FTSE 100 indeksi 0,6% - 6 612 bəndədək, Almaniya DAX-ı 0,7% - 8 416 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 093 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1 322,5 dollar bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3264 dollar təşkil edir.