Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 14 810 bəndədək, S&P 500 0,3% - 1 633 bəndədək, Nasdaq 0,8% - 3 590 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə zəif makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında avqustun 30-da FTSE 100 indeksi 1,1% - 6 413 bəndədək, Almaniya DAX-ı 1,1% - 8 103 bəndədək, Fransa CAC-40-ı isə 1,3% - 3 934 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1 396,1 dollar bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3222 dollar təşkil edir.