Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 530 bəndədək, S&P 500 0,4% - 1 705 bəndədək, Nasdaq 0,8% - 3 746 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına əsasən korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında sentyabrın 17-də FTSE 100 indeksi 0,8% - 6 570 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 597 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 4 146 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1 296,7 dollar bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3353 dollar təşkil edir.