Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,4% yüksəlib
# 05 noyabr 2013 06:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 640 bəndədək, S&P 500 0,4% - 1 768 bəndədək, Nasdaq 0,4% - 3 937 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsi əsas makroiqtisadi göstəricilərin aşıqlanması ərəfəsində baş verib. Belə ki, noyabrın 6-da ölkənin iqtisadi artımı, 7-də isə əmək bazarı barədə statistika açıqlanmalıdır və analitiklər gözləyirlər ki, bu statistika müsbət olacaq.

 

Avropa fond bazarlarında noyabrın 4-də FTSE 100 indeksi 0,5% - 6 765 bəndədək, Almaniya DAX-ı 0,2% - 9 029 bəndədək, Fransa CAC-40-ı isə 0,3% - 4 286 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 314,30 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3501 dollar (+0,1%) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR