Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 542 bəndədək, S&P 500 0,4% - 1 686 bəndədək enib, Nasdaq 0,01% - 3 580 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bir sıra iri şirkətlərin, o cümlədən tikinti texnikası istehsalçısı olan «Caterpillar» şirkəti və «Apple» şirkətinin mənfəətinin azalması barədə hesabatlar təsir edib.
Avropa fond bazarlarında iyulun 24-də FTSE 100 indeksi 0,4% - 6 620 bəndədək, Almaniya DAX-ı 0,8% - 8 379 bəndədək, Fransa CAC-40-ı 1,0% - 3 963 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% artaraq 1 320,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3205 (+0,03%) dollar təşkil edir.