Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 511 bəndədək enib, S&P 500 0,02% - 1 473 bəndədək, Nasdaq 0,2% - 3 118 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra amillər təsir edib. Bunların sırasında Dünya Bankının dünya iqtisadiyyatının artımı ilə bağlı gözləntilərinin pisləşməsi, bir sıra ABŞ bankının hesabatlarını və Federal Ehtiyat Sisteminin son hesabatında əks olunan ölkənin əksər regionlarında iqtisadi fəallığın canlanması barədə məlumatları qeyd etmək olar.
Avropa fond bazarlarında yanvarın 16-da FTSE 100 indeksi 0,2% - 6 104 bəndədək enib, Almaniya DAX-ı 0,2% - 7 691 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 709 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 679,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3281 (-0,02%) dollar təşkil edir.