Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,2% enib
# 13 fevral 2013 06:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 14 019 bəndədək, S&P 500 0,2% - 1 519 bəndədək yüksəlib, Nasdaq 0,2% - 3 187 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına büdcədə yanvar ayında profisitin yaranması barədə məlumatlar təsir edib. Belə ki, yanvarda 2,88 mlrd. dollar həcmində profisit yaranıb, halbuki ötən ilin yanvarında kəsirin həcmi 27,4 mlrd. dollar olub.

 

Avropa fond bazarlarında fevralın 12-də FTSE 100 indeksi 1,0% - 6 338 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 660 bəndədək, Fransa CAC-40-ı 1,0% - 3 687 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 651,8 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3445 (+0,4%) dollar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR