Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 16 425 bəndədək, S&P 500 0,3% - 1 827 bəndədək, Nasdaq 0,4% - 4 114 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə ölkədə işgüzarlıq fəallığı üzrə zəif statistika təsir edib. Belə ki, dekabr ayında xidmətlər sahəsində işgüzarlıq fəallığı indeksi aylıq müqayisədə 53,9 bənddən 53,0 bəndədək azalıb.
Avropa fond bazarlarında yanvarın 6-da FTSE 100 indeksi 0,1% - 6 738 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,03% - 9 432 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 4 233 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 239,70 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3627 dollar (+0,01%) təşkil edir.