Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 022 bəndədək, S&P 500 0,4% - 1 416 bəndədək, Nasdaq 0,7% - 3 012 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə investorlar arasında ölkənin büdcə-vergi problemlərinin həlli yollarının tapılması ilə bağlı müsbət gözləntilər təsir edib.
Avropa fond bazarlarında noyabrın 29-da FTSE 100 indeksi 1,2% - 5 870 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 401 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 569 bəndədək yüksəlib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 730,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2994 (+0,3%) dollar təşkil edir.