Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 15 105 bəndədək, S&P 500 0,4% - 1 633 bəndədək, Nasdaq 0,5% - 3 413 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə bir sıra iri şirkətin müsbət hesabatları təsir edib.
Avropa fond bazarlarında mayın 8-də FTSE 100 indeksi 0,4% - 6 584 bəndədək, Almaniya DAX-ı 0,8% - 8 250 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 956 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 471,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3163 (+0,1%) dollar təşkil edir.