Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 435 bəndədək, S&P 500 0,5% - 1 467 bəndədək, Nasdaq 0,04% - 3 102 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında yanvarın 4-də FTSE 100 indeksi 0,7% - 6 090 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 776 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 730 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% azalaraq 1 648,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3069 (+0,2%) dollar təşkil edir.