Bakı. Vahab Rzayev – APA-Economics. Martın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 14 128 bəndədək, S&P 500 0,5% - 1 525 bəndədək, Nasdaq 0,4% - 3 182 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə ölkədə iqtisadiyyatın stimullaşdırılması üzrə proqramın davam etməsi barədə bəyanatlar təsir edib. Belə ki, Federal Ehtiyat Sisteminin bu cür bəyanatdan sonra proqramın davam etməsinin zərurətini xanım Canet Yellen də bildirib. Xatırladaq ki, C.Yellen 2014-cü ilin yanvarında Federal Ehtiyat Sisteminin rəhbəri vəzifəsində Ben Bernankeni əvəz edəcək əsas namizədlərdən biri sayılır.
Avropa fond bazarlarında martın 4-də FTSE 100 indeksi 0,5% - 6 346 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 692 bəndədək enib, Fransa CAC-40-ı 0,3% - 3 710 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 578,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3037 (+0,1%) dollar təşkil edir.