Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,6%, Nasdaq 1,0% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,6%, Nasdaq 1,0% enib
# 22 fevral 2013 06:40 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 881 bəndədək, S&P 500 0,6% - 1 502 bəndədək, Nasdaq 1,0% - 3 132 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə əmək bazarı üzrə mənfi statistika və Federal Ehtiyat Sisteminin monetar siyasətini müəyyən dərəcədə sərtləşdirməsinin mümkünlüyü barədə bəyanatlar təsir edib.

 

Avropa fond bazarlarında fevralın 21-də FTSE 100 indeksi 1,6% - 6 292 bəndədək, Almaniya DAX-ı 1,9% - 7 584 bəndədək, Fransa CAC-40-ı 2,3% - 3 625 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 582,6 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3210 (-0,4%) dollar təşkil edir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR