Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 983 bəndədək enib, S&P 500 0,1% - 1 520 bəndədək, Nasdaq 0,3% - 3 197 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikası texniki amillərlə bağlı olub. Belə ki, indekslərin son illər ərzində maksimum hədlərə çatmasından sonra bazarda satışlar üstünlük edir.
Avropa fond bazarlarında fevralın 13-də FTSE 100 indeksi 0,3% - 6 359 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 712 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 699 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 645,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3441 (-0,03%) dollar təşkil edir.