Bank Of Baku

Dow Jones indeksi 0,3% enib, S&P 500 dəyişməyib, Nasdaq 0,01% yüksəlib

Dow Jones indeksi 0,3% enib, S&P 500 dəyişməyib, Nasdaq 0,01% yüksəlib
# 25 aprel 2013 06:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 14 676 bəndədək enib, S&P 500 dəyişməyib və 1 579 bənd təşkil edib, Nasdaq 0,01% - 3 270 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkalar korporativ hesabatların təsiri altında olub və nəticədə vahid dinamika müşahidə olunmayıb.

 

Avropa fond bazarlarında aprelin 24-də FTSE 100 indeksi 0,4% - 6 432 bəndədək, Almaniya DAX-ı 1,3% - 7 759 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 843 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 444,4 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3045 (+0,2%) dollar təşkil edir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR