Bank Of Baku

Dow Jones indeksi 0,3% yüksəlib, S&P 500 dəyişməyib, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,3% yüksəlib, S&P 500 dəyişməyib, Nasdaq 0,7% enib
# 25 yanvar 2013 06:44 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 825 bəndədək yüksəlib, S&P 500 dəyişməyib və 1 495 bənd təşkil edib, Nasdaq 0,7% - 3 130 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əmək bazarı barədə müsbət statistika və korporativ hesabatlar təsir edib.

 

Avropa fond bazarlarında yanvarın 24-də FTSE 100 indeksi 1,1% - 6 295 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 748 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 752 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 667,5 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3367 (+0,4%) dollar təşkil edir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR