Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,1%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,1%, Nasdaq 0,3% yüksəlib
# 04 iyul 2013 06:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 14 989 bəndədək, S&P 500 0,1% - 1 615 bəndədək, Nasdaq 0,3% - 3 444 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə əmək bazarı üzrə müsbət statistika təsir edib. Belə ki, iyun ayında ölkənin özəl sahəsində 188 min yeni iş yeri açılıb ki, bu da həm mayın göstəricisindən, həm də proqnozlardan çox olub. Bundan əlavə məlum olub ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı azalıb ki, bu da investorlar tərəfindən müsbət qarşılanıb.

 

Avropa fond bazarlarında iyulun 3-də FTSE 100 indeksi 1,2% - 6 216 bəndədək, Almaniya DAX-ı 1,0% - 7 829 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 702 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 253,4 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2994 (-0,1%) dollar təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR