Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 133 bəndədək, S&P 500 0,1% - 1 694 bəndədək, Nasdaq 0,1% - 3 815 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə hökumət və Senatın büdcə ilə bağlı kompromisə gəlməməsi və əmək bazarı üzrə zəif statistik göstəricilər təsir edib.
Avropa fond bazarlarında oktyabrın 2-də FTSE 100 indeksi 0,4% - 6 438 bəndədək, Almaniya DAX-ı 0,7% - 8 629 bəndədək, Fransa CAC-40-ı isə 0,9% - 4 158 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% artaraq 1 311,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3609 dollar (+0,6%) təşkil edir.