Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib
# 22 noyabr 2012 07:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 837 bəndədək, S&P 500 0,2% - 1 391 bəndədək, Nasdaq 0,3% - 2 927 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikası xarici və daxili xəbərlərin təsiri altında olub. Belə ki, bazara təsir edən amillər sırasında İsrail ilə Fələstin arasında atəşkəslə bağlı razılığın əldə edilməsi, ABŞ-da işsizlik üzrə ilkin müraciətlərin sayının ötən həftə azalması və istehlakçıların etimadı indeksinin azalmasını qeyd etmək olar.

 

Avropa fond bazarlarında noyabrın 21-də FTSE 100 indeksi 0,1% - 5 752 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 185 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 477 bəndədək yüksəlib.

 

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 731,1 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2843 (+0,7%) dollar təşkil edir.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR