Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,2% enib
# 09 yanvar 2013 06:43 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 13 329 bəndədək, S&P 500 0,3% - 1 457 bəndədək, Nasdaq 0,2% - 3 092 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına korporativ xəbərlər təsir edib. Belə ki, ölkədə korporativ hesabatların açıqlanması mövsümi başlayır və bir sıra şirkətlər artıq öz rüblük hesabatlarını dərc edib. Bundan əlavə, kotirovkalara həmçinin cari xəbərlər təsir edib. Məsələn, Boston aeroportunda «Boeing 787 Dreamliner» təyyarəsində yaranan texniki problemlər isthesalçı şirkətin səhmlərini 2,9% ucuzlaşdırıb.

 

Avropa fond bazarlarında yanvarın 8-də FTSE 100 indeksi 0,2% - 6 054 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 696 bəndədək enib, Fransa CAC-40-ı 0,03% - 3 706 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 659,4 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3082 (-0,3%) dollar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR