Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib
# 25 dekabr 2013 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 16 358 bəndədək, S&P 500 0,3% - 1 833 bəndədək, Nasdaq 0,2% - 4 155 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi makroiqtisadi və korporativ xəbərlərin təsiri altında baş verib. Bunların arasında uzunmüddətli istifadə üçün nəzərdə tutulan malların sifarişlərinin noyabr ayında aylıq müqayisədə 3,5% artması barədə xəbəri qeyd etmək olar.

 

Avropa fond bazarlarında dekabrın 24-də FTSE 100 indeksi 0,2% - 6 694 bəndədək, Almaniya DAX-ı 0,9% - 9 489 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 218 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 205,50 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3665 dollar (-0,1%) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR