Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 13 650 bəndədək, S&P 500 0,3% - 1 486 bəndədək, Nasdaq 0,04% - 3 135 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ hesabatlar təsir edir.
Avropa fond bazarlarında yanvarın 18-də FTSE 100 indeksi 0,4% - 6 154 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,4% - 7 702 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 742 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 687,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3321 (-0,5%) dollar təşkil edir.