Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,3% enib
# 21 noyabr 2013 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 901 bəndədək, S&P 500 0,4% - 1 781 bəndədək, Nasdaq 0,3% - 3 921 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına investorlar arasında qeyri-müəyyənlik təsir edib. İnvestorlar diqqəti Federal Ehtiyat Sisteminin Açıq bazarlar üzrə Komitəsinin iclasının protokolların dərc edilməsini gözləyirlər və ümid edirlər ki, iqtisadiyyatın dəstəklənməsi proqramın davam etdirib-etdirilməməsi barədə suala hər hansı cavab veriləcək.

 

Avropa fond bazarlarında noyabrın 20-də FTSE 100 indeksi 0,3% - 6 681 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 9 202 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,1% - 4 268 bəndədək enib.
 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 246,20 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3416 dollar (-0,2%) təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR