Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 588 bəndədək, S&P 500 0,5% - 1 360 bəndədək, Nasdaq 0,5% - 2 853 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına makroiqtisadi göstəricilər və korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında noyabrın 16-da FTSE 100 indeksi 1,3% - 5 606 bəndədək, Almaniya DAX-ı 1,3% - 6 951 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 342 bəndədək enib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 722,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2761 (-0,1%) dollar təşkil edir.