Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,9% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,9% yüksəlib
# 02 iyul 2013 06:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 14 975 bəndədək, S&P 500 0,5% - 1 615 bəndədək, Nasdaq 0,09% - 3 435 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə ölkənin sənaye sahəsində işgüzar fəallığı indeksinin iyun ayında 50,9%-ə qədər yüksəlməsi barədə məlumat təsir edib. Bu göstərici may ayı ilə müqayisədə 1,9 faiz bəndi, proqnoza nisbətən isə 0,4 faiz bəndi çox olub.

 

Avropa fond bazarlarında iyulun 1-də FTSE 100 indeksi 1,5% - 6 308 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 984 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 768 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 256,8 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3062 (-0,02%) dollar təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR