Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,6% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,6% enib
# 31 oktyabr 2013 07:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 619 bəndədək, S&P 500 0,5% - 1 763 bəndədək, Nasdaq 0,6% - 3 931 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə Federal Ehtiyat Sisteminin qərarları fonunda baş verib. Belə ki, FES-in iclasında baza faiz dərəcələrinin 0-0,25% dəhlizində saxlanılması və dövlət və ipoteka istiqrazlarının 85 mlrd. dollar həcmində geri alınması proqramının davam etdirilməsi barədə qərarlar qəbul edilib.

 

Avropa fond bazarlarında oktyabrın 30-da FTSE 100 indeksi 0,04% - 6 778 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 9 010 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 274 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 339,80 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3695 dollar (-0,3%) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR