Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,4% enib
# 19 mart 2013 07:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 14 452 bəndədək, S&P 500 0,6% - 1 552 bəndədək, Nasdaq 0,4% - 3 238 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına Kiprdən gələn xəbərlərin bazar iştirakçıları tərəfindən mənfi qarşılanması təsir edib. Xatırladaq ki, Kipr hökuməti ölkə banklarında olan depozitlərə birdəfəlik verginin tətbiq edilməsi barədə qərar qəbul edib və bu gün bu qərarın parlament tərəfindən təsdiqlənməsi gözlənilir.

 

Avropa fond bazarlarında martın 18-də FTSE 100 indeksi 0,5% - 6 458 bəndədək, Almaniya DAX-ı 0,4% - 8 011 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 826 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 603,3 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2961 (-0,9%) dollar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR