Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 14 036 bəndədək, S&P 500 0,7% - 1 531 bəndədək, Nasdaq 0,7% - 3 214 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib. Bunlardan ofis mebeli sahəsində fəaliyyət göstərən «Office Depot» və «OfficeMax» şirkətlərinin birləşməsi barədə məlumatları qeyd etmək olar.
Avropa fond bazarlarında fevralın 19-da FTSE 100 indeksi 1,0% - 6 379 bəndədək, Almaniya DAX-ı 1,6% - 7 753 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 736 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 605,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3411 (+0,4%) dollar təşkil edir.