Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 756 bəndədək, S&P 500 0,4% - 1 375 bəndədək, Nasdaq 0,7% - 2 884 bəndədək enib.
«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə makroiqtisadi göstəricilər təsir edib. İlk növbədə oktyabr ayında federal büdcənin kəsirinin ötən ilin oktyabr ayına nisbətən 22,4% artaraq 120 mlrd. dollara çatması barədə xəbər bazara endirici təsir göstərib.
Avropa fond bazarlarında noyabrın 13-də FTSE 100 indeksi 0,04% - 5 769 bəndədək, Almaniya DAX-ı 1,0% - 7 180 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 429 bəndədək yüksəlib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 727,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2721 (+0,3%) dollar təşkil edir.