Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,2% enib
# 30 sentyabr 2013 06:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 258 bəndədək, S&P 500 0,4% - 1 692 bəndədək, Nasdaq 0,2% - 3 782 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə Senat tərəfindən büdcə qanun layihəsinin yenidən işlənməsinə qaytarılması barədə xəbərlər səbəb olub. Belə ki, dövlət borcun yuxarı həddinin artırılmasını nəzərdə tutan qanun layihəsi senatorları qane etməyib. Qeyd edək ki, qanun layihəsi yeni maliyyə ilin başlamasına qədər (oktyabrın 1-i) qəbul olunmasa federal icra orqanlarının maliyyələşməsi müvəqqəti dayandırılacaq.

 

Avropa fond bazarlarında sentyabrın 27-də FTSE 100 indeksi 0,8% - 6 513 bəndədək, Almaniya DAX-ı 0,03% - 8 662 bəndədək enib, Fransa CAC-40-ı isə 0,01% - 4 187 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 339,2 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3522 dollar (+0,3%) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR