Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,3% enib
# 01 noyabr 2013 06:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 546 bəndədək, S&P 500 0,4% - 1 757 bəndədək, Nasdaq 0,3% - 3 920 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə əmək bazarı barədə statistik göstəricilər təsir edib. Belə ki, işsizlik üzrə ilkin müraciətlərin sayı ötən həftə ərzində 10 min azalıb ki, bu da proqnozlardan aşağı olub.

 

Avropa fond bazarlarında oktyabrın 31-də FTSE 100 indeksi 0,7% - 6 731 bəndədək enib, Almaniya DAX-ı 0,3% - 9 034 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 300 bəndədək YÜKSƏLib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 325,20 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3551 dollar (-1,1%) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR