Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 896 bəndədək, S&P 500 0,05% 1 503 bəndədək, Nasdaq 0,6% - 3 150 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ hesabatlar təsir edib.
Avropa fond bazarlarında yanvarın 27-də FTSE 100 indeksi 0,3% - 6 285 bəndədək, Almaniya DAX-ı 1,4% - 7 858 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 778 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 661,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3463 (+0,7%) dollar təşkil edir.