Bakı. Vahab Rzayev – APA-Economics. Martın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 14 397 bəndədək, S&P 500 0,5% - 1 551 bəndədək, Nasdaq 0,4% - 3 244 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə ölkədə işsizlik səviyyəsinin 7,9%-dən 7,7%-dək azalması barədə xəbər təsir edib.
Avropa fond bazarlarında martın 8-də FTSE 100 indeksi 0,7% - 6 484 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 987 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 840 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 579,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3002 (+0,1%) dollar təşkil edir.