Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,2% yüksəlib
# 23 oktyabr 2013 06:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 468 bəndədək, S&P 500 0,6% - 1 755 bəndədək, Nasdaq 0,2% - 3 930 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsi müsbət makroiqtisadi fonda baş verib. Belə ki, ölkədə işsizlik səviyyəsi 7,2%-ə enib ki, bu da 2008-ci ilin noyabrından minimal göstəricidir. Bundan başqa ölkədə tikinti xərcləri də avqust ayında 0,6% artıb ki, bu xəbərlər bazara müsbət təsir göstərib.

 

Avropa fond bazarlarında oktyabrın 22-də FTSE 100 indeksi 0,6% - 6 696 bəndədək, Almaniya DAX-ı 0,9% - 8 948 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 4 295 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,9% artaraq 1 339,00 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3779 dollar (+0,8%) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR