Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 0,6% yüksəlib
# 10 iyul 2013 07:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 300 bəndədək, S&P 500 0,7% - 1 652 bəndədək, Nasdaq 0,6% - 3 504 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə bir sıra iri şirkətlərin müsbət hesabatları təsir edib. İlk növbədə bu “Alcoa” şirkətinə aiddir. Bəli ki, şirkətin hesabatına görə, ilin ikinci rübündə məcmu gəlirləri 5,85 mlrd. dollara bərabər olub ki, bu da proqnozları doğruldub.

 

Avropa fond bazarlarında iyulun 9-da FTSE 100 indeksi 1,0% - 6 513 bəndədək, Almaniya DAX-ı 1,1% - 8 058 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 844 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 244,0 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2778 (-0,02%) dollar təşkil edir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR