Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 307 bəndədək, S&P 500 0,8% - 1 655 bəndədək, Nasdaq 1,1% - 3 463 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə iqtisadiyyatın stimullaşdırılması proqramının tədricən bağlanması ehtimalı barədə məlumatlar təsir edib.
Avropa fond bazarlarında mayın 22-də FTSE 100 indeksi 0,5% - 6 840 bəndədək, Almaniya DAX-ı 0,7% - 8 531 bəndədək, Fransa CAC-40-ı 0,4% - 4 051 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 366,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2849 (-0,1%) dollar təşkil edir.