Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 039 bəndədək, S&P 500 0,8% - 1 623 bəndədək, Nasdaq 0,7% - 3 424 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə əmək bazarı barədə müsbət statistika səbəb olub. Belə ki, ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı azalıb.
Avropa fond bazarlarında iyunun 6-da FTSE 100 indeksi 1,3% - 6 336 bəndədək, Almaniya DAX-ı 1,2% - 8 099 bəndədək, Fransa CAC-40-ı 1,0% - 3 814 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 412,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3261 (+0,1%) dollar təşkil edir.