Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,3% yüksəlib, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,3% yüksəlib, Nasdaq 0,4% enib
# 10 dekabr 2012 06:43 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 155 bəndədək, S&P 500 0,3% - 1 418 bəndədək yüksəlib, Nasdaq 0,4% - 2 978 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əmək bazarı barədə müsbət statistika təsir edib. Belə ki, noyabr ayında yeni iş yerlərinin sayı artıb, işsizlik səviyyəsi isə 7,9%-dən 7,7%-ə enib.

 

Avropa fond bazarlarında dekabrın 7-də FTSE 100 indeksi 0,2% - 5 914 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 7 518 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 3 606 bəndədək yüksəlib.

 

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 707,4 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2901 (-0,2%) dollar təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR