Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib
# 23 yanvar 2013 06:40 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 712 bəndədək, S&P 500 0,4% - 1 493 bəndədək, Nasdaq 0,3% - 3 143 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ hesabatlar təsir edir. O cümlədən, «Travelers Cos.» sığorta şirkəti, dünyanın ən iri mis istehsalçısı olan «Freeport-McMoRan Cooper & Gold» şirkəti və «Johnson&Johnson» şirkətinin hesabatları investorlar tərəfindən müsbət qarşılanıb.

 

Avropa fond bazarlarında yanvarın 22-də FTSE 100 indeksi 0,03% - 6 179 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 696 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 741 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% azalaraq 1 691,8 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3312 (-0,1%) dollar təşkil edir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR