Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,1% yüksəlib
# 08 may 2013 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 15 056 bəndədək, S&P 500 0,5% - 1 626 bəndədək, Nasdaq 0,1% - 3 397 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə Avstraliya Mərkəzi Bankının faiz dərəcəsinin endirilməsi barədə qərar təsir edib.

Avropa fond bazarlarında mayın 7-də FTSE 100 indeksi 0,6% - 6 557 bəndədək, Almaniya DAX-ı 0,9% - 8 182 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 921 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 454,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3090 (+0,1%) dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR