Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,2% yüksəlib
# 09 iyul 2013 06:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 15 225 bəndədək, S&P 500 0,5% - 1 641 bəndədək, Nasdaq 0,2% - 3 485 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə korporativ xəbərlər təsir edib. Qeyd edək ki, ABŞ-da artıq rüblük korporativ hesabatların açıqlanması mövsümü başlayıb.

Avropa fond bazarlarında iyulun 8-də FTSE 100 indeksi 1,2% - 6 450 bəndədək, Almaniya DAX-ı 2,1% - 7 969 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 824 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% artaraq 1 252,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2858 (-0,1%) dollar təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR