Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,6%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,6%, Nasdaq 0,6% yüksəlib
# 18 yanvar 2013 06:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 596 bəndədək, S&P 500 0,6% - 1 481 bəndədək, Nasdaq 0,6% - 3 136 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı 37 min azalaraq 335 minə düşüb və bu, 5 illik minimuma bərabərdir. Bundan başqa, dekabr ayında yenitikililərin sayı 954 min təşkil edib ki, bu da noyabrla müqayisədə 12% artıqdır və 2008-ci ilin iyunundan sonra maksimal göstəricidir.

 

Avropa fond bazarlarında yanvarın 17-də FTSE 100 indeksi 0,4% - 6 128 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 723 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 737 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 689,5 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3386 (+0,8%) dollar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR