Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,8% enib
# 20 fevral 2014 06:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 16 041 bəndədək, S&P 500 0,7% - 1 829 bəndədək, Nasdaq 0,8% - 4 238 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-da fond indekslərinin enməsi Federal Ehtiyat Sisteminin yanvar ayında keçirilmiş iclasın protokollarının dərc edilməsindən sonra baş verib. Belə ki, protokollara əsasən, ölkədə makroiqtisadi vəziyyət yaxşılaşır, o cümlədən bu, istehlak və investisiyaların artmasında özünü büruzə verir. Bu səbəbdən də istiqrazların geri alınması proqramının bağlanmasının sürətləndirilməsi ehtimalları artır.

 

Avropa fond bazarlarında fevralın 19-da FTSE 100 indeksi 0,01% - 6 797 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 9 653 bəndədək enib, Fransa CAC-40-ı isə 0,2% - 4 341 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 310,20 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3755 dollar (-0,1%) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR