Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq 0,5% yüksəlib
# 11 yanvar 2013 06:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 471 bəndədək, S&P 500 0,8% - 1 472 bəndədək, Nasdaq 0,5% - 3 122 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına əsasən xarici amillər təsir edib. O cümlədən, Çinin ticarət balansının profisitinin 2012-ci ilin yekunlarına görə 48% artması barədə məlumat bazara müsbət təsir göstərib.

 

Avropa fond bazarlarında yanvarın 10-da FTSE 100 indeksi 0,1% - 6 102 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 7 709 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 703 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% artaraq 1 673,2 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3264 (+1,7%) dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR