Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,5%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,5%, Nasdaq 0,3% enib
# 28 noyabr 2012 06:34 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 878 bəndədək, S&P 500 0,5% - 1 399 bəndədək, Nasdaq  0,3% - 2 968 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə Senatda demokratların lideri Harri Reydin bəyanatı təsir edib. Belə ki, H.Reyd bildirib ki, büdcə problemləri üzrə danışıqlarda yalnız kiçik bir proqress əldə olunub. Qeyd edək ki, hazırda büdcə problemləri ilə bağlı olan danışıqlar haqqında hər hansı mənfi xəbər və məlumatlar bütün digər müsbət olan məlumatların təsirini heçə endirir. 

 

Avropa fond bazarlarında noyabrın 27-də FTSE 100 indeksi 0,2% - 5 800 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 332 bəndədək, Fransa CAC-40-ı 0,03% - 3 502 bəndədək yüksəlib.

 

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 742,6 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2926 (-0,4%) dollar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR