Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 15 338 bəndədək, S&P 500 0,5% - 1 685 bəndədək, Nasdaq 0,4% - 3 669 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə ölkədə istiqrazların geri alınması proqramın payızda dayandırılması ehtimalları təsir edib.
Avropa fond bazarlarında avqustun 14-də FTSE 100 indeksi 0,4% - 6 587 bəndədək enib, Almaniya DAX-ı 0,3% - 8 438 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 114 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1 338,8 dollar bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3288 dollar təşkil edir.