Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 15 409 bəndədək, S&P 500 0,6% - 1 660 bəndədək, Nasdaq 0,9% - 3 489 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə təsir edən amillər sırasında istehlakçıların iqtisadiyyata etimadı indeksinin may ayında artaraq 5 illik maksimuma çatması barədə xəbəri qeyd etmək olar.
Avropa fond bazarlarında mayın 28-də FTSE 100 indeksi 1,1% - 6 685 bəndədək, Almaniya DAX-ı 1,0% - 8 398 bəndədək, Fransa CAC-40-ı 1,1% - 4 008 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 386,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2885 (+0,2%) dollar təşkil edir.