Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 1,0%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 1,0%, Nasdaq 1,3% yüksəlib
# 06 fevral 2013 06:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 13 979 bəndədək, S&P 500 1,0% - 1 511 bəndədək, Nasdaq 1,3% - 3 172 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına ölkədə büdcə kəsirinin 2013-cü maliyyə ili nəticəsində 845 mlrd. dollar həcmində olacağı barədə Konqresin Büdcə Komitəsinin proqnozu müsbət təsir edib. Beləliklə, büdcə kəsiri 2009-cu ildən ilk dəfə olaraq 1 trln. dollar həddindən aşağı düşə bilər.

 

Avropa fond bazarlarında fevralın 5-də FTSE 100 indeksi 0,6% - 6 283 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 665 bəndədək, Fransa CAC-40-ı 1,0% - 3 695 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 673,5 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3579 (+0,7%) dollar təşkil edir.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR