Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq 1,1% enib
# 04 aprel 2013 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 14 550 bəndədək, S&P 500 1,1% - 1 554 bəndədək, Nasdaq 1,1% - 3 219 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi makroiqtisadi göstəricilərin təsiri altında baş verib. Belə ki, xidmət sahəsində işgüzarlıq fəallığı indeksi mart ayında fevralla müqayisədə 56%-dən 54,4%-ə enib, ölkənin özəl şirkətlərində iş yerlərinin sayı isə mart ayında 158 min artsa da, bu, proqnozlardan 42 min az olub.
 
Avropa fond bazarlarında aprelin 3-də FTSE 100 indeksi 1,1% - 6 421 bəndədək, Almaniya DAX-ı 0,9% - 7 875 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 755 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% azalaraq 1 545,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2849 (+0,4%) dollar təşkil edir.
 
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR