Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 15 849 bəndədək, S&P 500 1,1% - 1 794 bəndədək, Nasdaq 1,8% - 4 123 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə əsasən iqtisadi artım üzrə göstəricilər təsir edib. Belə ki, IV rübdə iqtisadi artım 3,2%, ümumilikdə 2013-cü ildə isə 1,9% təşkil edib.
Avropa fond bazarlarında yanvarın 30-da FTSE 100 indeksi 0,1% - 6 539 bəndədək enib, Almaniya DAX-ı 0,4% - 9 374 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 180 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% azalaraq 1 243,40 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3546 dollar (-0,8%) təşkil edir.